Çərşənbə axşamı , İyun 18 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Hüseyn Əmani Nadarlını həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əmani Nadarlı dünən molla rejiminin məmurları tərəfindən yaxalanıb.

Bu ana kimi hələ onun tutulma səbəbi və saxlanıldığı yer barədə məlumat verilmir. Ailəsi isə ondan heç bir xəbrləri olmadığına görə sağlığı barədə nigaran qaldıqlarını bildirib.

Qeyd edək ki, dünən may ayının 18-də həmçinin azərbaycanlı milli fəallar Həmzə Vəlizadə, Ruhulla Əhmədinijad, Davud Şiri, Cavad Əhmədzadə Keyqal və Əlirza Səbri Qazan da yaxalanıb.

Qeyd edək ki, həmin azərbaycanlı milli fəalların son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün yaxalandığı ehtimal edilir.

Həmçinin yoxlayın

Sosial çəbəkələrdə azərbaycanlı milli fəalın əsərləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 5 aya yaxındır Tehranın Evin …

Fransa Ermənistana daha güclü silahlar verməklə bu ölkəni müharibəyə sövq edir- Video

GADTB: Fransa Ermənistana SEZAR (CAESAR) haubitsalarını verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X …