GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Ramin Əliniya Təzəkəndi Tehran Əyalətinin İnqilab Məhkəməsinin nəzdində yerləşən Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə çağırılıb.
Azərbaycanlı fəala göndərilən çağırış vərəqəsində ondan 7 gün ərzində adı çəkilən bölməyə getməsi istənilib.
Əslən Ərdəbildən olan azərbaycanlı milli fəalın bundan əvvəl barəsində irəli sürülən “Toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” və “hökumətə qarşı təbliğat” ittihamlarına yenidən baxılacaq.
Qeyd edək ki, Ramin Əliniya 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.