Cümə axşamı , İyun 11 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Saleh Mollabbasini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irq,i fars-molla rejimi  Əhərdə yaşayan azərbaycanlı milli fəal Saleh Mollabbasini dünən səhər saatlarında həbs edib.

Dünən səhər saat 8:15-də rejimin nETTELAAT məmurları qeyri-insani davranışla və qanunu pozaraq bu milli fəalın evinin divarına dırmaşaraq Saleh Mollabbasini həbs ediblər.

Milli fəalın yaxınlarının verdiyi məlumata görə, ETTELAAT məmurları bu milli fəalın bacısının evi ilə əlaqə saxlayıb və Saleh Mollaabbasinin Əhər həbsxanasına köçürülməsi barədə məlumat veriblər.

Mollaabbasi mayın 31-də çağırış vərəqi ilə həbs edilib və bir müddət sonra müvəqqəti olaraq zaminə buraxılmışdı.

Azərbaycanlı fəal keçən il oktyabrın 17-də İranda keçirilən etirazlar zamanı ETTELAAT məmurlarının hücumu ilə həbs edilib və Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasına aparılmış və noyabrın 18-də o, 17 gün aclıq aksiyasında qaldıqdan sonra Təbrizdə rejimin həbsxanasından zaminə buraxılmışdı.

Azərbaycanlı milli fəal dəfələrlə milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Türkiyədən Kipr razılaşmalarına qarşı təşəbbüslərə sərt etiraz

GADTB: Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr …

ABŞ və İran hücumlara baxmayaraq danışıqları davam etdirir

GADTB: Bu gün CNN telekanalı xəbər verir ki, ABŞ və İran gecə baş verən qarşılıqlı …