GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tanınmış milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəylini həbs edib.
Milli fəalın qardaşı Yılmaz Mehrəlibəyli İnstaqram səhifəsində məlumat paylaşaraq qardaşının tutulduğunu yazıb.
Onun sözlərinə görə, noyabrın 7-i axşam saatlarında rejimin məmurları milli fəalı həbs edərək naməlum yerə aparıblar.
Hələlik Yürüş Mehrəlibəylinin həbs səbəbi və ittihamı barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, azərbaycanlı fəal Yürüş Mehrəlibəyli bundan əvvəl dinc milli fəaliyyətlərinə görə həbs edilib və hətta bir neçə il həbsdə qalıb.