Bazar ertəsi , İyul 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Yusif Karini Ərdəbil zindanının 16-cı bölməsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi koronavirus təhlükəsilə bağlı bir ay məzuniyyətə buraxdığı azərbaycanlı milli-mədəni fəal Yusif Karinin zindana qaytarılmasından sonra artıq onu Ərdəbil zindanının 16-cı bölməsinə köçürüb.

Azərbaycanlı fəal ailəsi ilə telefon əlaqəsində bu haqda məlumat verərək deyib ki,  Ərdəbil mərkəzi zindanının 16-cı bölməsi məzuniyyətdən qayıdan məhbuslar üçün karantin kamerası kimi ayrılıb və o da həmin bölmədədir.

Qeyd edək ki, zindanlarda yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Yusif Kari mayın 21-də barəsində çıxarılmış iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün zindana qaytarılmışdır.

Fəaı martın 31-də vəsiqə girov qoymaqla zaminə buraxılmışdı.

Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. Fəal sonralar rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmiş, daha sonra isə Apellyasiya Məhkəməsi həbsi 2 ilə endirmişdir.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın