Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina Əxtəri Şişvana molla rejimi tərəfindən yaxalanıb.

Mayın 26-da rejimin ETTELAAT məmurları fəalın evinə hücum edərək, onu yaxalayıb və özləri ilə aparıblar.

Sina Əxtəri Şişvana bir gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Əcəbşer şəhərində rejimin Ümumi və İnqilab Məhkəməsi azərbaycanlı fəala qarşı “kiber məkanda məlumatlar yaymaqla hakimiyyətə qarşı təbliğat və ictimaiyyətdə təşviş yaratmaq” ittihamı irəli sürüb.

Onun qadın hüquqları, İranda qadınlara qarşı repressiyalar barədə yazıları və həmçinin İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə paylaşımına görə cəzalndırıldığı güman edilir.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …