
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalı Prokurorluğa çağırıb.
Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan İsmayıl Əhmədi Bəkrabadi sentyabrın 30-da məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən Vərziğanda rejimin Prokurorluğunun birinci şöbəsinə müraciət etməlidir.
Məlumata görə, onun, elektron bildirişi aldıqdan 5 gün sonra barəsində irəli sürülən ittihamlardan özünü müdafiə etmək üçün prokurorluğa müraciət etməsi istənilib.
Qeyd edək ki, İsmayıl Əhmədi Bəkrabadi “İslam müqəddəslərini təhqir etmək”, “düşmən şəbəkələri ilə əlaqə qurmaq”, “yalan məlumatlar yaymaq” və “hökumət əleyhinə qarşı təbliğat aparmaq”da ittiham edilib.