Şənbə , İyun 22 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində mühakimə edib.

Mayın 25-də həmin məhkəmədə hakim Əbülqasım Sələvatinin sədrliyi ilə Səid Minai və Süleyman (Aydın) Məhəmmədinin məhkəmə iclası keçirilib.

Məhkəmədə Süleyman Məhəmmədiyə qarşı “Daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat” və “Rəhbəri təhqir etmək” itthamları irəli sürülüb.

Səid Minaiyə qarşı isə “Daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham olunduğu bildirilib.

Hər iki fəal barələrində irəli sürülən ittihamları rəd edib və müdafiə layihələrini məhkəməyə təqdim ediblər.

Qeyd edək ki, azərbaycanlı şair və mədəni fəal Süleyman (Aydın) Məhəmmədi fevralın 5-də həbs edilib və bir müddət sonra Tehrann Evin zindanının 209-cu təhlükəsizlik təcridxanasına köçürülüb. O, bir neçə həftədən sonra 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Azərbaycanlı fəal Səid Minai isə fevralın 6-da rejimin məmurları tərəfindən həbs edilib, Təbrizdə ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra fevralın 11-də Tehranda zindana köçürülmüşdü. O, mart ayının 13-də 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …