GADTB: Son həftələrdə və Zəngəzzor dəhlizi ilə bağlı hadisələrlə eyni vaxtda İran molla rejimi Güney Azərbaycanda milli fəallara qarşı təzyiqləri artırıb.
Ötən günlərdə Rəhman Azərmirad bir neçə dəfə dindirilmək və izahat almaq üçün təhlükəsizlik qüvvələrinə çağırılıb.
O, belə çağırışların qeyri-qanuni olması səbəbindən ETTELAAT Nazirliyinə gəlməkdən imtina edib.
Qeyd edək ki, bu cür çağırışlar tamamilə qanunsuzdur və milli fəalların fəaliyyətini təhdid etmək və qarşısını almaq üçün istifadə olunur.