GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi məhkəməyə çağırıb.
Məhkəmənin elektron sistemi ilə göndərilən çağırışda azərbaycanlı vəkildən oktyabrın 10-da İrejimin nqilab Məhkəməsinin 15-ci şöbəsində olması istənilib.
Molla rejimin azərbaycanlı vəkilə qarşı “ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürdüyü bildirilib.
Qeyd edək ki, Məhəmmədrza Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin “Etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.
Azərbaycanlı vəkil bir sıra milli fəalların, o cümlədən Abbas Lisaninin vəkili olaraq, onları məhkəmədə müdafiə etmişdi.