Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimi azərbaycanlı vəkil Negin Kiyanini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məhkəməsi azərbaycanlı xanım vəkil Negin Kiyanini 1 il həbs cəzasına məhkum edilməklə yanaşı, onun 2 il ölkədən çıxmasına qadağa qoydu.

Etirazlardan sonra molla rejiminin məmurları tərəfindən Təbrizdə yaxalanan fəal hələ də Təbrizdə zindanda həbsdə saxlanılır.

Rejim Təbrizli vəkil və insan hüquqları müdafiəçisi Negin Kiyani “hökumət əleyhinə təbliğat” ittihamı vurub.

Qeyd edək ki, Negin Kiyani ilə yanaşı, Sina Yusifi, Əmir Mehdipur və Qasim Bodi adlı azərbaycanlı vəkillər də Təbrizdə rejimin məmurları tərəfindən həbs edilən 1700 nəfərin azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını açıqladıqdan bir gün sonra yaxalanmışdılar.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …