
GADTB: irqçi fars-molla rejimi Təbrizdə yaşayan yazışı, şair və ətraf mühit fəalı Ruqəyyə Kəbirini avqustun 14-də İranın Təbrizdəki ETTELAAT İdarəsinə çağırıb. Bu barədə yazıçı özünün sosial media hesabında məlumat yayıb.
Onun avqustun 14-də Urmiya gölü ilə bağlı Təbriz qubernatorluğu qarşısında keçirilən aksiya ilə bağlı ETTELAAT idarəsinə çağırıldığı ehtimal olunur.
Azərbaycanlı yazəçı bir qrup xanım fəallarla aksiya keçirərək Urmiya gölünün qurudulmasına və bərpa layihələrinin icra edilməməsinə etiraz ediblər.
Qeyd edək ki, Rüqəyyə Kəbiri roman, şeir, xatirə və başqa sahələri əhatə edən 20 kitab müəllifidir.