Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi Azərbaycan talışlarını separatçılığa sövq edir

GADTB: Martın 10-da İranın Rəşt şəhərindəki Azad İslam Universitetində talış separatçılarının iştirakı ilə “Talış İran mədəniyyəti və tarixinin simasında” adlı konfrans keçirilib.

İran hökumətinin dəstəyi ilə baş tutan konfransda qondarma “Talış-Muğan Respublikasının başçısı” Əlikram Hümbətovun “davamçısı” Boris Talışinski çıxış edib.

Tədbirə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rezayəti və s. kimi anti-türk simalar və faşist paniranist düşüncəsinin təbliğatçıları də qatılaraq, çıxışlarında Azərbaycan Respublikasına qarşı nifrət yağdırıblar.

Qeyd edək ki, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı və İran hökumətinin dəstəyi ilə Əlikram Hümbətov Azərbaycanın cənub-şərq bölgəsində (Xəzər sahili) separatizm təbili çalaraq muxtariyyət elan edib.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə, Hümbətovun qondarma “qurumu” dağıdıldı və o, Azərbaycan məhkəməsi tərəfindən mühakimə olundu. / Azad İran

Həmçinin yoxlayın

Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb

GADTB: Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib …

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …