Şənbə , Noyabr 14 2026
azfa

Molla rejimi azərbaycanlı cütlüyü həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı cütlüyü həbsə məhkum edib.

Oktyabrın 8-də Təbrizin Şahnaz məhəlləsində həbs edilən Mehrdad Əlayi Vəli və həyat yoldaşı Nəyyir Sənəndəcian Hökmabadiyə qarşı həbs cəzası verilib.

Molla rejimi azərbaycanlı cütlüyü “qanunsuz aksiyada iştirak” ittihamına görə iki həbs cəzasına məhkum edilməklə yanaşı onların 2 il müddətinə ölkədən çıxışlarına qadağa qoyub.

Hazırda Təbrizdə rejimin zindanında həbsdə saxlanılan azərbaycanlı cütlük barəsində çıxarılan həbs qərarı da rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilib.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …