Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimi azərbaycanlı fəal qanunsuz olaraq prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal qanunsuz olaraq prokurorluğa çağırıb.

Dünən azərbaycanlı milli fəal və idmançı Kərim İsmayılzadə heç bir rəsmi bildiriş almadan və məhkəmə göstərişi olmadan telefon zəngi ilə prokurorluğa çağırılıb.

Azərbaycanlı fəalın ailə üzvlərinə zəng edilərək bildirilib ki, İsmayılzadə məhkəmə iclası və ya özünü müdafiə etmək imkanı olmadan prokurorluğa gəlməlidir.

Hüquq müdafiəçiləri bu addımı ədalətli məhkəmə qaydalarının açıq şəkildə pozulması hesab edib və bunu güneyli fəallara basqıların artması kimi dəyərləndiriblər.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …