Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Şahin Bərzgəri ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən səhər Güney Azərbaycan Milli Hərəkatının fəalı Şahin Bərzgər Təbrizdə ETTELAAT İdarəsinə çağırdı.

Bu çağırışa əsasən, onun səhər saat 10-da ETTELAAT İdarəsinə getməsi tələb olunub, əks halda məhkəmənin qərarı ilə həbs olunacaq.

Çağırışa cavab olaraq o, ETTELAAT qüvvələrinə bildirib ki, məhkəmə qərarı olmadan telefon çağırışını qanunsuz hesab edir və sözügedən idarəyə gəlməyəcək.

Qeyd edək ki, bir müddət öncə azərbaycanlı milli fəal sosial media hesabında “Urmu gölü və Araz çayı Tehran və İrəvanın totalitar və faşist rejimlərinin qurbanına çevrilib” başlığı ilə paylaşım etmişdi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …