GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və iş adamı Həsən Oruczadə üç aya yaxındır ki, Makı şəhərində molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbsdə saxlanılır.
Həsən Oruczadənin ailəsinə yaxın mənbələr bildirirlər ki, molla rejimin ETTELAAT qurumları hələlik milli fəalın həbsinin səbəbləri ilə bağlı cavab verməkdən imtina ediblər.
Qeyd edək ki, sentyabrın 28-də həbs edilərək Makı həbsxanasına köçürülən Həsən Oruczadə Manas Holdinqin təsisçisidir.