Molla rejimi azərbaycanlı fəalları həbs, şallaq və pul cəzasına məhkum edib

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki Cəza Məhkəməsinin 104 saylı şöbəsi Azərbaycan Milli Hərəkatının iki fəalı Tohid Əmir Əmini və Yusif Karini həbs, şallaq və pul cəzasına məhkum edib.

Azərbaycanlı fəallara 4 avqust bazar ertəsi günü ədliyyənin Səna sistemi vasitəsilə bildirilən hökmə əsasən, Ərdəbilin Cinayət Axtarış İdarəsinin 104-cü şöbəsi Tohid Əmir Əminini 3 ay 1 gün həbs və dövlət xəzinəsinə 330 milyon rial pul ödəməyə məhkum edib. Tohid Əmir Əminiyə qarşı ““Kompüter sistemləri vasitəsilə video paylaşmaqla ictimai şüuru pozmaq məqsədi ilə yalan yaymaq” ittihamı irəli sürülüb.

Ərdəbildə rejimin Cəza Məhkəməsinin 104-cü şöbəsi Yusif Karini “yalan yaymaq, iğtişaş və mübahisə yaratmaqla ictimai asayişi pozmaq” ittihamı ilə ümumilikdə 622 milyon rial pul cəriməsi ödəməyə məhkum edib. Müttəhimin haqlı müdafiəsinə əsaslanaraq, ona “dövlət məmurlarına öz vəzifələrini yerinə yetirərkən tabe olmamaq, məmurları hədələmək və təhqir etmək, İslamın müqəddəsliklərini təhqir etmək” ittihamları üzrə bəraət hökmü çıxarılıb.

İş üzrə digər təqsirləndirilən cənab Hadi Təvəkküli isə yalan yaymaq ittihamından bəraət alıb.

Qeyd edək ki, 2024-cü il noyabrın 28-də İmam Ərdəbil qovşağında meyvə satarkən döyülərək həbs edilən Yusif Kari 2 dekabr tarixində 300 milyon tümənlik girov qarşılığında Ərdəbil mərkəzi həbsxanasından azad edilmişdi.

Həbs olunduqdan sonra yaxınları ilə apardığı telefon danışığında Yusif Kari bəy təhlükəsizlik məmurları tərəfində döyüldüyünü və işkəncələrə məruz qaldığını bildirib.

Həmçinin yoxlayın

Ağ Ev Trampın sərt mesajını paylaşaraq xəbərdarlıq edib: “Heç bir güzəşt olmayacaq”

GADTB: Ağ Ev “X” sosial şəbəkəsində yaydığı yeni paylaşımda ABŞ prezidentinin qərarvermə otağında çəkilmiş Donald …

Molla rejimi Qərbi Azərbaycan əyalətində 129 şəxsin əmlakını müsadirə edib

GADTB: İrqçi fars-molla rejim Qərbi Azərbaycan vilayətində 129 şəxsin əmlakını müsadirə edib. Rejimin bu vilayətdəki …