Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimi azərbaycanlı gənc fəalı yenə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Urmiyada azərbaycanlı milli fəal Salar Tahir Əfşarı yenə həbs edib.

Rejimin ETTELAAT qüvvələri gənc fəalın iş yerinə basqın etdikdən sonra onu tutaraq, Urmiya şəhərinin ETTELAAT İdarəsinə təhvil veriblər.

Azərbaycanlı milli fəalın bacısı Sevda Tahir Əşfar “Instagram” hesabında paylaşım edərək yazıb: “Qardaşım anama zəng edərək Urmiyanın ETTELAAT İdarəsi tərəfindən saxlanıldığını və çərşənbə günü səhər təhlükəsizlik qüvvələri tərəfindən Təbrizə aparılacağını bildirib”.

Danışıq zamanı o, qeyd edib ki, həbsinin səbəbi haqda məlumatı yoxdur və günahsızdır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …