Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadəyə verdiyi ölüm hökmünü təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadəyə verdiyi ölüm hökmünü təsdiq etdi.

Fəalın vəkili Hamid Əhmədi bununla bağlı məlumat yayıb.

Molla rejimi Kərəc şəhərində yaşayan 26 yaşlı azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmünü də artıq təsdiq edib.

Vəkil Hamid Əhmədi bildirib ki, bundan öncə İnqilab Məhkəməsinin 29-cu şöbəsinin Səhəndə qarşı “müharibə” ittihamı ilə edam hökmü tələb etməsinə baxmayaraq, ikinci hakim və işin məsləhətçisi ölüm hökmünü imzalamadığı üçün hüquqi prosedur tamamlanmamışdı.

İkinci hakim və məsləhətçinin də ölüm hökmünü imzalamasından sonra Səhənd Nurməhəmmədzadənin edam hökmü qətiləşib.

Qeyd edək ki, 26 yaşlı azərbaycanlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılaraq ölümə məhkum edilib.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …