Şənbə , İyul 19 2025
azfa

Molla rejimi azərbaycanlı körpəyə Batuhan adına görə 5 aydır doğum şəhadətnaməsi vermir

GADTB: İrqmi fars-molla rejimi azərbaycanlı körpəyə türkcə ad olan Batuhan adına görə 5 aydır doğum şəhadətnaməsi vermir.

Molla rejimin Makıdakı Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin işçiləri doğum şəhadətnaməsi verməkdən imtina ediblər.

Yeni doğulan körpənin atası Əhməd Feyzullahnejad Balamın Adı kampaniyasına bu barədə deyib:

“Oğlumuz 8 fevral 2025-cü ildə dünyaya gəlib və mən həyat yoldaşımla ona Batuhan adını seçmişik. Makıda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları bildiriblər ki, Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Ad Seçmə Sistemində bu ad olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilmirik. Biz onlara türk olduğumuzu və oğlumuza türk adı vermək istədiyimizi desək də, onlar bu məsələyə Tehranın qərar verdiyini dedilər. Biz də məsələ ilə bağlı vəkil tutub məhkəməyə müraciət etdik. Uşağımızın Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi tərəfindən sənədsiz saxlanması bizə xeyli problemlər yaradıb. Biz onun peyvəndlərini almaqda çətinlik çəkirik, Səhiyyə İdarəsi ona uşaq baxımı kartı verməyib, o, həmçinin tibbi sığortadan və süd qarışığından məhrum edilib.”

Həmçinin yoxlayın

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …

Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb

GADTB: Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb və göl acınacaqlı vəziyyətdədir. Göldə su səviyyəsi …