
GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı körpəyə Çağrı Manas adına görə 6 ildir doğum haqqında şəhadətnamə vermir.
Molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri Makıdan olan Çağarı Manas adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Azərbaycanlı uşaq 6 ildir doğum haqqında şəhadətnamədən məhrumdur.
Azərbaycanlı uşağın atası Sadiq Feyzullahzadə Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz Çağrı Manas 25 iyul 2020-ci ildə anadan olub və Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları 6 ildir müxtəlif bəhanələrlə ona doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Maku Vətəndaşlıq Qeydiyyatı İdarəsi oğlumun adına qarşı çıxandan sonra mən bir neçə dəfə Tehrana getdim və cavab olaraq dedilər ki, Tehrandakı Ad Seçki Komitəsi komissiyası övladınıza bu adın seçilməsinə qarşı çıxıblar. Halbuki 7 nəfərdən ibarət bu komitənin üzvləri fars və ərəb dilləri üzrə mütəxəssislərdir və onların türk mədəniyyəti və dili ilə bağlı heç bir biliyi yoxdur. Biz məsələ ilə bağlı məhkəməyə müraciət etsəl də Maku Sülh Məhkəməsinin Üçüncü Şöbəsi də Çağrı Manas adının idarəetmə qaydalarına və ictimai nizama uyğun gəlmədiyini və yuxarıda qeyd olunan adın cəmiyyətdə ümumi adlardan biri olmadığını iddia edərək, bizə qarşı bir qərar verdi. Halbuki bu ad dilimizə, mədəniyyətimizə, adətlərimizə uyğundur. Çağrı çağırmaq (çağırmaq) kökündən törəyib, çağırış və dəvət deməkdir. Manas türkcə yazılmış “Manas” dastanının qəhrəmanının da adıdır və əvvəllər bir çox insana Manas adı ilə doğum şəhadətnaməsi verilmişdir. Tanrının yer üzündəki hər dilinə, iradəsinə, qüdrətinə hörmət var və hörmət edilməlidir, amma təəssüf ki, vətəndaşlıq qeydiyyatı və məhkəmə məmurları türk adlarına ayrı-seçkiliklə yanaşırlar.”