Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir

GADTB: Molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Asena adı seçdiklərinə görə doğum şəhadətnaməsi vermir.

Asenanın atası Fərhad Pakruh bu barədə deyib: “22 apreldə anadan olan qızıma “Asena” adı seçmişik, Təbriz Qeydiyyat İdarəsinin əməkdaşları isə bu ada sənəd verməkdən imtina edib və bizə Asena deyil, “Asna” adına sənəd verə biləcəklərini bildiriblər”.

O, qızına doğum şəhadətnaməsi verilmədiyi üçün tibb xidmətlərdən məhrum olduğunu, müayinə və peyvənd oluna bilmədiyini deyib.

İran Qeydiyyat İdarəsi Asena və başqa bu kimi  türkcə adların İran adları siyahısında olmadığı üçün bu adların İran milli kimliyi ilə zidiyyət təşkil etdiyini deyir.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …