Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Fərhad Pakruhu prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal Fərhad Pakruh Təbrizdə Ümumi və İnqilab Prokurorluğunun qərarların icrası üzrə 11-ci şöbəyə çağrıb.

Çağırış prokurorluğun elektron sistemi vasitəsilə azərbaycanlı fəala göndərilib. Çağırışda azərbaycanlı fəaldan tələb olunub ki, o 10 gün müddətində prokurorluğa müraciət etsin.

Qeyd edək ki, bundan öncə ilkin məhkəmə stansiyasında  Fərhad Pakruh 4 ay həbs cəzasına məhkum edilib və həbsdən sonra 2 il müddətinə ölkədən çıxışına qadağa qoymulmuşdu.

Molla rejimi azərbaycanlı fəalı “Kiber məkanda video və foto yaymaqla hökumət əleyhinə təbliğat”da ittiham etmişdi.

Fərhad Pakruh bundan öncə Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan mühəndis Qulamrza Əmaninin ildönümü mərasiminə qatıldığı üçün yaxalanmışdı.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …