Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəallar Muxtar İbrahimi və Səyidmusa Ziyagərgərini həbs və pul cəzasına məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Marağa və Sulduzda yaşayan azərbaycanlı fəallar Muxtar İbrahimi və Səyidmusa Ziyagərgərini həbs və pul cəzasına məhkum edilib.

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Muxtar İbrahimini 1 il həbs, Səyidmusa Ziyagərgərini isə 6 milyon tümən ödəmək cəzasına məhkum edib.

Qeyd edək ki, 2019-cu ildə İbrahimi “rejimə qarşı fraksiya və qrup yaratmaq və ona qarşı qruplara üzv olmaq”, Ziyagərgəri isə “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə həbs olunublar.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …