Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəallara 25 il həbs cəzası verib

GADTB: İranın Ali Məhkəməsi Böyük Tehran zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəallar Araz Aman, Ayaz Seyfxah və Bağır Hacızadə barəsində həbs qərarını qüvvədə saxlayıb.

Azərbaycanlı fəallara ümumilikdə 25 il həbs cəzasına məhkum ediliblər. Bu hökmü əvvəllər Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsi verib.

İran İslam Respublikasının məhkəməsi Araz Aman və Bağır Hacızadəni “casusluq” ittihamı ilə 8 il, Ayaz Seyfxahı isə 9 il, hər üç azərbaycanlı fəalı isə “milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Onlar 2 il müddətinə siyasi partiyalara, qruplara və təşkilatlara üzvlükdən, kiberməkanda, mediada və mətbuatda işləməkdən və ölkəni tərk etməkdən məhrum ediliblər. Fəallar ilkin hökmdən apellyasiya şikayəti veriblər və iş Tehran Əyalət Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə verilib və məhkəmə şikayəti rədd edib və ilkin hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, azərbaycanlı fəallar, 29 yanvar 2024-ci il tarixində molla rejimin qüvvələri tərəfindən həbs edildikdən sonra, ETTELAAT qurumlarının müdaxiləsi və məhkəmə orqanlarının əngəlləri səbəbilə heç bir şəkildə müvəqqəti azadlıq əldə edə bilməmiş və hələ də həbsdə qalmaqdadırlar.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …