Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Azərbaycanlı şair Nizami Gəncəvini fars şairi kimi təqdim etməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycanla bağlı gün kimi aydın olan həqiqətləri belə təhrif etməyə çalışır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım günü münasibətilə “X” hesabında paylaşım edərək yazıb: “Farsdilli mütəfəkkir, alim və şair, öz hekayələri ilə sonrakı nəsillərə sevgi, hikmət və əxlaq bəxş edib. O, yalnız İranın fəxri deyil, həm də bəşər mədəniyyəti üçün xəzinədir”.

İran XİN rəsmisi dahi Azərbaycan şairinin doğuldu yeri belə deməkdən çəkinir. Yalnız fars dilində yazdığına görə Nizamini İran şairi kimi təqdim etmək utancvericidir. Ancaq bu cür çıxışlar anti-Azərbaycan xislətinin hələ də güclü olduğunu göstərir.

Üstəlik İrana bağlı guya ekspert ermənilərin üzərindən Azərbaycan şairini farslaşdırmağa çalışaraq yazıb ki, “Ermənistan bizim yeganə şansımızdır”.

Ermənipərəst “siyasi şərhçi” Ehsan Movəhhediyan “X” hesabında növbəti qərəzli paylaşım edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvini İran şairi kimi qələmə verməyə çalışıb. Bu dəfə isə öz çirkin təbliğatına erməniləri alət edib.

Movəhhediyan paylaşımında yazıb: “Nizami Gəncəvinin anım günü münasibətilə İrəvan Dövlət Universitetinin İranşünaslıq fakültəsinin tələbəsi təbrik edib. Ermənilər İran şairlərinin və digər qədim alimlərinin iranlı kimliyini qoruyub saxlayıb və Qafqazda İran kimliyinin və sivilizasiyasının “saxtalaşdırılmasına” qarşı güclü sədd yaradırlar. Ermənistan bizim yeganə şansımızdır!”.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …