Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı vəkil Qasım Bodini həbsə məhkum edərək girov qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tərəfindən yaxalanan azərbaycanlı vəkil Qasım Bodi həbsə məhkum edilərək girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı vəkil dünən 200 milyon tümənlik vəsiqə girov qoymaqla Təbrizdə yerləşən rejimin zindanından zaminə buraxılıb.

Molla rejiminin məhkəməsi azərbaycanlı vəkili şərləyərək “Sistem əleyhinə təbliğdə”də ittiham edərək, 5 ay həbsə məhkum edib. Azərbaycanlı vəkilin 2 il ölkədən çıxışına da qadağa qoyulub.

Qeyd edək ki, azərbaycanlı vəkil Qasım Bodi oktyabrın 25-də başqa iki azərbaycanlı vəkil Sina Yusifi və Əmir Mehdipurla birlikdə  qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına və hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayacağını bildirmişdir.

Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qaeşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılsalar da, Qasım Bodi hələ də rejimin Təbrizdəki zindanında həbsdə saxlanılır.

Azərbaycanlı vəkillər bir neçə gün öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə etirazlardan sonra 1700 nəfərin rejimin məmurları tərəfindən həbs edildiyini deyib, yaxalananların azadlığa buraxılması üçün müdafiə komitəsinin yaratdıldığını dedikdən sonra həbs ediliblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …