Şənbə , Fevral 22 2025
azfa

Molla rejimi azərbaycanlı xanım fəal Sima Əlipuru Sepah-ın ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı xanım fəal Sima Əlipuru Sepah-ın ETTELAAT İdarəsinə çağırıb.

Sima Əlipur, İnstaqram səhifəsində yayımladığı bir paylaşımda Sepah Kəşfiyyat Departamentinin telefon çağırışını qanunsuz hesab etdiyin və ora getməyəcəyini bildirib.

“Bu gün saat 13:50-də, SEPAH Kəşfiyyat İdarəsindən zəng edib məni idarəyə çağırdılar. Bu formada çağırış qanunsuz olduğu üçün idarəyə getməkdən imtina etdim.” – deyə o öz paylaşımında bildirib.

Qeyd edək ki, son aylarda çox sayda Azərbaycan milli hərəkatının fəalı İran hökumətinin xüsusi xidmət orqanları tərəfindən telefonla idarələrə çağırılsa da onların bir çoxu bu cür qeyri-qanuni telefon çağırışlarından imtina edib və yazılı şəkildə çağırılmadıqca bu qurumlara gəlməyəcəklərini bildiriblər.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Həmid Manafi Baharistanda rejimin İnqilab Məhkəməsinin Qərarları İcra Şöbəsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Həmid Mənəfi Nadarlı fevralın 19-da məhkəmənin …

ABŞ Konqresində İrana neft sanksiyalarını gücləndirmək üçün ikitərəfli yeni plan hazırlanıb

GADTB: ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı və Demokrat təmsilçiləri Mayk Lovler və Şeyla Çerfilos-MakKormik İrana …