Şənbə , Noyabr 9 2024
azfa

Molla rejimi azərbaycanlı yazıçı və şairi həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentybarın 9-da Güney Azərbaycanın Həmədan bölgəsindən olan yazıçı, şair və siyasi fəal Əli Cahanian Nəhavənd şəhərində rejimin ETTELAAT İdarəsi tərəfindən saxlanılıb.

ETTELAAT qüvvələri azərbaycanlı şairin evinə basqın edərək onu və həyat yoldaşıı Firiştə Surini tutublar. Bildirilib ki, azərbaycanlı fəalın həyat yoldaşı bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb, Əli Cahanian isə ETTELAAT İdarəsinin təcridxanasına atılıb.

Qeyd olunub ki, ETTELAAT qüvvələri şairin evində axtarış aparıb, onların şəxsi əşyalarını, o cümlədən telefonlarını müsadirə ediblər.

Hələlik siyasi fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar bəlli deyil. O, daha öncə də sosial şəbəkələrdə hökumətlə bağlı paylaşımlarına görə saxlanılıb.

Həmçinin yoxlayın

Azərbaycanda COP29 konfransının proqramı açıqlanıb

GADTB: 11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransının proqramı konfransın rəsmi vebsaytında yerləşdirilib. Bu barədə COP29 …

Bakıda itkinlərlə bağlı bu bəyanat BMT sənədi kimi yayıldı

GADTB: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü …