Cümə axşamı , Yanvar 9 2025
azfa

Molla rejimi azərbaycanlı yazıçını Tehranda həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda yaşayan azərbaycanlı yazıçı və tərcüməçi Taymaz Əfsəri molla rejiminin məmurları tərəfindən həbs edilib.

Rejimin məmurları Taymaz Əfsərinin evinə hücum edib və ona məxsus bir sıra elektron əşyaları, o cümlədən kompüter və telefonu müsadirə ediblər.

Fəalın ailəsinin verdiyi məlumata əsasən, yaxalanan zaman yazıçı bərk döyülüb və nəticədə xəsarətlər alıb.

Yaxalanan azərbaycanlı yazıçı Tehranın Evin həbsxanasına köçürülüb və barəsində “hökumətə qarşı şüar yazmaq” ittihamı irəli sürülüb.

Həmçinin yoxlayın

Abdülkadir Uraloğlu Türkiyənin ilk 5-ci nəsil peykinin fəaliyyətinə dair dəyərləndirmələr aparıb

GADTB: Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Türkiyənin 2021-ci ildə “Türksat 5A” peyki ilə ku …

Təbrizdə İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın posterləri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Azərbaycan …