Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimi Bəhnam Şeyxini Məscid Süleymanda sürgün cəzasını çəkməsinə baxmayaraq, cərimə cəzasına məhkum edib

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi Əhvaz vilayətindəki Məscid Süleymana sürgün cəzasının iki ilini çəkməsinə baxmayaraq, Tehranın Gülüstan Şəhər Məhkəməsi tərəfindən 200 milyon rial cərimə ödəməyə məhkum edilib.

Azərbaycanlı fəal Behnam Şeyxi İnstaqram hesabında bu barədə yazıb: “İki il Məscid Süleyman şəhərində sürgündə olmağıma baxmayaraq, Tehranın Gülüstan şəhərinin hökmlərinin icrası iş açıb, məni məhkəməyə göndərib, guya sürgün yerini tərk etdiyimə görə mənə iki milyon Rial cərimə yazıb.”

Qeyd edək ki, Behnam Şeyxi Samanlu, Beynəlxalq Ana Dili Günü Uğrunda Azərbaycan Milli Hərəkatının bir neçə digər fəalı ilə birlikdə 2023-cü ilin mart ayında Baharistan əyalətində həbs edilib.

Bu fəallardan Əkbər Azad, Əlirza Fərşi, Bəhnam Şeyxi və Həmid Mənafi 2 il müddətinə müxtəlif şəhərlərdə sürgün və 2 il həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …