
GADTB: SEPAH-a bağlı qurumların dəstəklədiyi “Canfida” kampaniyası öz muzdlularını “hərbi və yardım təlimləri”nə cəlb etmək və onları “xalq batalyonları” formatında təşkilatlandırmaq məqsədilə vətəndaşlara SMS göndərərək qeydiyyata başlayıb.
Vətəndaşlara göndərilən SMS-lərdə onlardan “Canfida” xalq dəstələrinin təlim kurslarında iştirak etmək üçün qeydiyyatdan keçmələri tələb olunur.
Eyni zamanda, bəzi İran daxili media orqanları silahlı qüvvələrin koordinasiyası ilə 1000 “Canfida Milli Müqavimət Batalyonu”nun təlimi və təşkilatlanmasının planlaşdırıldığını bildiriblər. Çağırışa əsasən, qeydiyyat bu kampaniyanın internet saytı və SMS sistemi vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, bu layihənin reklam bannerləri Tehran və İranın digər şəhərlərində geniş şəkildə quraşdırılıb. Bannerlərdə “Canfida dəstələrinin hərbi və yardım təlim kursları”na qeydiyyat təbliğ olunur.
Bannerlərdə müraciət edən şəxslərdən elan edilmiş SMS sisteminə “1” rəqəmini göndərməklə və ya təşkilatın internet saytı vasitəsilə qeydiyyatdan keçmələri istənilir.
Təlimlərin başlanmasının isə çərşənbə axşamı, 24 Şəhrivər, saat 17:00-a nəzərdə tutulduğu bildirilib.
Molla rejimi bu vasitə ilə avamları cüzi imtiyazlar qarşılığında aldadıb, öz varlığını davam etdirməyə çalışır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi