Şənbə , Aprel 20 2024
azfa

Molla rejimi cinayətini ört-basdır edir; Güney Azərbaycanda koronavirus statistikasının elanı qadağan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qumdan sərnişin təyyarələri və avtobuslarla kütləvi səfərlərin təşkili ilə Güney Azərbaycanı koronavirusa bulaşdırdıqdan sonra bu ərazidə acınacaqlı vəziyyət yaranıb. Müdafizəsiz qalan əhali isə qırılır. Lakin rejim Güney Azərbaycanda koronavirusa yoluxanlar və ölənlərin statistikasını gizlətməyə qərarlıdır.

Artıq rəsmi şəkildə Ərdəbil vilayətində koronavirusa yoluxanlar və ölənlərin statistikasının elan edilməsi qadağan edildi.

Qeyd edək ki, bundan öncə rejim Güney Azərbaycanın Ərdəbil vilayətində Tibb Universitetinin rektoru Dr. Qüdrət Əxəvan Əkbəri, eləcə də İmam xəstəxanasının rəisi (baş həkimi) İsmayıl Fərzanəni Ərdəbil vilayətində Çin koronavirusundan ölənlərin sayını gizlətmədən düzgün açıqladığına görə vəzəfələrindən dərhal qovmuşdu. İmam xəstəxanasının baş həkimi İsmayıl Fərzanə koronavirus pandemiyası ilə əlaqədar koronavirusdan ölənlərin sayının elan edilən rəsmi rəqəmdən qat-qat çox olduğunu televiziyaya müsahibəsində etiraf etmişdi. Bu ifadəni isə Ərdəbil Tibb Universitetinin rektoru Dr. Qüdrət Əxəvan Əkbəri də təsdiq etmişdi. Koronavirusdan ölənlərin sayını qat-qat az elan edən irqçi fars-molla rejimi dərhal hər iki azərbaycanlı rektor və baş həkimi vəzifədən qovmuş və artıq koronavirusdan ölənlərin sayını tam gizlədib Güney Azərbaycanda fəlakət törətməyi planlaşdırır. İrqçi fars rejim belə nöhranlı vəziyyətdə Güney Azərbaycanda idarə və müəssisələrin fəaliyyətini də bərpa edib. Bu da təbii olaraq virusa kütləvi yoluxma və ölüm hallarının qat-qat artıracaq.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın