Molla rejimi çox sayda insanı həbs edib

GADTB: İranda təhlükəsizlik mühitinin sərtləşməsi fonunda ölkənin müxtəlif bölgələrində vətəndaşların kütləvi şəkildə saxlanıldığı barədə məlumatlar yayılıb.

Məlumatlara görə, saxlanmalar Rəbat Kərim, Nayin, Təbriz, Kerman, Babulsər, Tehran, Fars, Gilan, Kirmanşah, Mərkəzi, Şərqi Azərbaycan və Gülüstan daxil olmaqla bir sıra şəhər və vilayətləri əhatə edib. Saxlanılan şəxslərə qarşı “casusluq”, “xarici mediaya məlumat ötürmək”, “müharibədə iştirak edən ölkələrlə əməkdaşlıq” və “anti-təhlükəsizlik fəaliyyəti” kimi ittihamların irəli sürüldüyü bildirilir.

Məlumatlarda qeyd olunur ki, yalnız bir neçə vilayətdə hücum yerlərindən görüntü və məlumat göndərmək ittihamı ilə azı 67 nəfər saxlanılıb. Bundan əlavə, ETTELAAT 54 nəfərin Tehran, Fars, Gilan və Kirmanshah bölgələrində saxlanıldığını açıqlayıb. Digər məlumatlarda Təbrizdə 10 nəfər, Nayində 2 nəfər və Rəbat Kərimdə 1 nəfərin saxlanıldığı bildirilir.

Ayrı-ayrı işlər üzrə isə Mərkəzi, Şərqi Azərbaycan, Qəzvin, Kerman və Mazəndəran bölgələrində azı 15 nəfərin daha saxlanıldığı qeyd olunur. Həmçinin Sepah-ın kəşfiyyat qurumu Mərkəzi vilayətdə 65 nəfərin saxlanıldığını açıqlayıb.

Ən son məlumata görə, Gülüstan vilayətinin prokurorluğu “xarici dairələrlə əlaqə və müxalif media ilə əməkdaşlıq” ittihamı ilə 117 nəfərin saxlanıldığını bildirib.

Ümumilikdə açıqlanan rəqəmlərin cəminə əsasən, saxlanılanların sayının ən azı 264 nəfərə çatdığı qeyd olunur. Lakin əksər hallarda saxlanılan şəxslərin kimliyi, saxlanma vaxtı və harada saxlanıldıqları barədə dəqiq məlumat verilməyib.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …