Çərşənbə axşamı , İyun 18 2024
azfa

Molla rejimi daha 4 Qaşqay xanım fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Qaşqay türkü olan 4 qız noyabrın 15-dən həbs edib.

Şirazda həbs edilən türk qızlardan heç bir xəbər-ətər yoxdur.

Qaşqayların Kəşkuli tayfasından olan Fatimə Səfərirad (16 yaşlı) bacısı Qəzəl Səfərirad, onların əmisi və bibisi qızları Sara Səfərirad və Zəhra Ətayi (20 yaşlı) noyabrın 15-də İranın təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq, Şirazdakı Adilabad zindanına köçürülüblər.

Qaşqay qızlar barədə əldə edilən yeganə xəbər odur ki, SEPAH zabitləri Saradan məcburi etiraf alaraq Şirazın əyalət telekanalında yayımlayıblar. Qızlar “Əlbir olaraq ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq”da ittiham olunurlar. Onların ağır işgəncələr altında dindirildiyi bildirilir.

Etirazçı qızlar ailələri ilə görüşmək və əlaqə saxlamaq hüququndan məhrum ediliblər.

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …