Bazar ertəsi , İyun 17 2024
azfa

Molla rejimi dinc etirazlarda 507 nəfəri qətlə yetirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünənə kimi 507 nəfər dinc etirazçıbı qətələ yetirib.

İran Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi olan HRANA saytı yazır ki, dekabrın 27-nə olan məlumatında hökumət məmurları tərəfindən öldürülən etirazçıların sayı 507 nəfərə çatıb.

Qurum yaydığı məlumatda 17 sentyabr – 27 dekabr tarixləri ərzində İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən qətlə yetirildiyini bildirib.

Bununla yanaşı, məlumatda 18.533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4.108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunanlardan 665-i öyrəncidir.

Habelə, bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri etirazları dəstəkləyiblər.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …