Cümə axşamı , Aprel 24 2025
azfa

Molla rejimi Ermənistanla tranzit əlaqələrini artırıb

GADTB: İran mallarının tranziti üçün təhlükəsiz marşrut kimi Ermənistan regional iqtisadi əlaqələrin asanlaşdırılmasında və İranın Avropa bazarları ilə ticarətinin genişləndirilməsində mühüm rol oynaya bilər.

İran və Ermənistan arasında nəqliyyat və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi ilə hər iki ölkə üçün regional ticarətdəki çətinliklərin həllində strateji həll yolunun yaranması mümkündür.

“Geosiyasi təzyiqlər və bəzi marşrutlarda yaranan fasilələr İran və Ermənistanın alternativ yollar axtarmasına səbəb olub… İran və Ermənistan arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri də nəqliyyat infrastrukturuna birgə investisiyaların qoyulmasıdır…  Əməkdaşlığın digər əsas istiqaməti enerji nəqlidir…”, – deyə, qeyd edilib.

Sayt yazır ki, İran və Ermənistan arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri də nəqliyyat infrastrukturuna birgə investisiyaların qoyulmasıdır. Bu layihələrə İranın Ermənistanla, sonra isə qlobal bazarlarla əlaqəsini asanlaşdıra biləcək avtomobil və dəmir yolu marşrutlarının tikintisi və gücləndirilməsi daxildir. Saytın iddiasına gör, bu təşəbbüslər nəqliyyat xərclərini azaltmaqla yanaşı, iki ölkə arasında ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq. Bu yeni marşrutlar həm də İrana beynəlxalq marşrutlara çıxış üçün Ermənistanın coğrafi mövqeyindən istifadə etməyə və mövcud məhdud və məlum marşrutlardan asılılığı azaltmağa imkan verir.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …