Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Ermənistanın Araz çayını çirkləndirməsini ifşa edən fəala ağır həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejim Ermənistanın Araz çayını çirkləndirməsini ifşa edən azərbaycanlı fəal Əfşin Nəzirini 4 il 9 ay həbs cəzasına məhkum edib.

İran rejiminin Kərəcdəki məhkəməsi tərəfindən “rejim əleyhinə təbliğat aparmaq, dini rəhbəri təhqir etmək və azdırıcı qruplara qoşulmaq” ittihamı ilə dünən həbs cəzasına məhkum edilən azərbaycanlı gənc fəal Əfşin Nəziri Araz çayının kəskin şəkildə çirkləndirilməsi ilə bağlı videosuna görə həbs edilmişdi.

Qeyd edək ki, azərbaycanlı ekofəalın mayın 3-də paylaşdığı video Güney Azərbaycanda milli fəallarının və ictimaiyyətinin ciddi reaksiyasına səbəb olmuş və Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi məsələsi Azərbaycan və İranda yenidən gündəmə gətirilmişdi.

Azərbaycanlı fəal 2023-cü il avqustun 27-də öz evində molla rejimin məmurları tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …