Molla rejimi etirazlardan sonra Qaşqay türklərinin geyimlərini lorlar adına qeydiyyatından vaz keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irq,i fars-molla rejimi Qaşqay twrkl’rinin geniş etirazlarından sonra Qaşqay türklərinin geyimlərini lorlar adına qeydiyyatından vaz keçib.

İranın Qədim Əsərlərin Qeydiyyatı və Mənəvi və Təbii İrsinin Qorunması və Bərpası İdarəsinin baş direktoru Əlirza İzədi Qaşqay geyimlərinin milli abidələr siyahısında qeydiyyata alındığını və bunun yenidən nəzərdən keçirilməsinə gərək olmadığını bildirib.

Bu qərar Qaşqay türklərinin öz geyimlərinin lorların adına yazılmasına görə başlatdığı etirazlardan sonra qəbul edilib . Bununla da Qaşqay geyiminin lorların adına qeydiyyatı ləğv edilib.

İran hökuməti özünün anti-türk siyasətinə uyğun olaraq son illərdə Qaşqay türklərini sıxışdırmaq üçün kütləvi tədbirlərə başlayıb. Onların arasında “qaşqay türklərinin Lerha adlı milli geyiminin Lurlar qeydiyyata alınması, Şirazın Kuh Çenar şəhərində dükanların türkcə adlarının dəyişdirilməsi ilə bağlı əmr, Qaşqay köçəri evlərinin dağıdılması, Qaşqay köçərilərinin öz yurdlarından qovulması kimi hallar var.

Bundan öncə də İranda Qaşqaylara qarşı irqçi yanaşmalar var idi, onların öz milli geyimlərini turistik yerlərdə geyinməsinə qadağa qoyulmuş, futbol komandalarının fəaliyyətinə əngəllər törədilmiş, Qaşqayların təşkil etdiyi konsert proqramları ləğv edilmişdir.

Qaşqay türkləri İranın güneyində ən böyük etnik qruplardan biridir və sayı 3 milyondan çoxdur. Onlar Kuhgiluye Boir Əhməd, Çaharmahal və Bəxtiyari, İsfahan, Fars və Buşehr vilayətlərinin bir hissəsini özündə birləşdirən bölgələrdə yaşayırlar və buralar Qaşqayyurd adı ilə tanınır.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …