GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı fəal-jurnalist İbrahim Rəşidini Xiyavda (Meşkinşəhr) zindana köçürüb.
Məlumata görə, azərbaycanlı fəalın zaminə buraxılması üçün Xiyavda rejimin prokuroru qərar verəcək.
Qeyd edək ki, azərbaycanlı fəal və jurnalist ötən il dekabrın 30-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilərək Ərdəbildə rejimin ETTELAAT (Kəşfiyyat) İdarəsinin təcridxanasına köçürülmüşdü.