
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan mədənlərini talayıb, Kermanda turizm kompleksi tikib
Ötən günlərdə Güney Azərbaycanın mədənlərindən əldə olunan gəlirlər hesabına əsasən farsların yaşadığı Kerman əyaləyində böyük turizm kompleksinin tikintisi başa çatıb.
Bildirilib ki, “Qolqohər Mədən” şirkəti Kermanda Qohər Parkı adlı böyük turizm kompleksinin açılışını edib.
Rejim Azərbaycan mədənlərindən yığılan vəsait hesabına Kirmanda iri turizm kompleksi tiksə də Azərbaycan şəhərləri baxımsız qalmağa davam edir, belə ki, Vərziğandakı xəstəxananın tikintisi hələ də başa çatdırılmayıb.
Qeyd edək ki, Vərziğanda yerləşən Süngün mis mədəni Ön Asiyanın ən böyük mis mədənidir. İranın illik mis istehsalının 60%-i bu mədən tərəfindən qarşılanır.