Cümə , Sentyabr 13 2024
azfa

Molla rejimi Güney Azərbaycanda etnik tərkibi dəyişdirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bir tərəfdən kürdləri Azərbaycan ərazisinə köçürür, digər tərəfdən də bəluçları işçi qüvvəsi adı ilə Azərbaycan şəhərlərinə köçürür.

Bundan əvvəl işçi qüvvəsi adı altında minlərlə kürdün Ərdəbilə köçürülməsinin ardınca, indi də ölkənin cənub şərq bölgəsindən etnik bəluclar qruplar halında Ərdəbilə gətirilirlər.

Molla rejimi bluçların Ərdəbil şəhərinə gətirilməsi barədə açıqlama verilməsə də, onların işçi qüvvəsi adı altında bölgəyə köçürüldükləri müşahidə olunur.

Yerli medianin Ərdəbil şəhərinin qubernatorluğu və əyalət valiliyinə məsələ ilə bağlı müraciətləri də cavabsız qalıb.

Bundan əvvəl isə kürdlər işçi qüvvəsi adı altında bir neçə mərhələdə ərdəbil əyalətinə qruplar halında gətirilirdi. Molla rejimi bu metodlarla tədrici olaraq başqa xalqları Azərbaycanda məskunlaşdırıb buranın etnik tərkibini dəyişdirməyə cəhd edir.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …