Şənbə , Dekabr 7 2024
azfa

Molla rejimi Güney Azərbaycanın Culfa bölgəsini kürdləşdirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney azərbaycanla Türkiyə və Azərbaycan Respublikası arasında kütrdlərdən ibarət bufer zonası yaratma planının davamında Güney Azərbaycanın Culfa bölgəsini kürdləşdirməyə çalışır.

Bununla bağlı təbrizli jurnalist Aydın Təbrizi tarixi Azərbaycan şəhəri Culfanın demoqrafik tərkibinin dəyişdiyini və bu şəhərin sistemli şəkildə kürdləşdirildiyini bildirir.

Aydın Təbrizi bununla bağlı yazıb: “Bir neçə böyük ticarət mərkəzinə və bazara baş çəkdim və gördüklərim qəribə və maraqlı oldu. Bütün o mağazalar arasında təsadüfi olaraq hər bir ticarət mərkəzlərində kürdcə danışılan və kürd mahnılarının səsləndiyi bir neçə mağazaya girdim və bu getdiyim bütün ticarət mərkəzlərində bu hiss olunurdu”.

“Sanki qeyri-müəyyən və anonim siyasətlər Culfa bazarına kölgə salıb və bu bölgə ilə həmişə əlaqəli olan orijinallıq hissini tədricən azaldıb. Bu qəfil dəyişiklik mənim nəzərimdə Culfanın birlik hissini və yerli kimliyini zəiflətmişdi. Ola bilsin ki, bu mədəni müxtəliflik müsbət hal kimi qiymətləndirilə bilər, amma Culfanın özünəməxsusluğu həmişə türklərin varlığı ilə hiss olunub və bu dəyişikliklər mənim üçün çoxlu suallar doğurub!”

Qeyd edək ki, irqçi fars rejimi hələ Rza şah Pəhləvi zamanından Güney Azərbaycanla Türkiyə və Azərbaycan Respublikası əraziləri arasında kürdlərdən ibarət bufer zonasının yaradılmasını planlaşdırıb və mərhələli şəkildə həyata keçirir. Son illərdə isə bu mənfur planın yeni mərhələləri həyata keçirilir. 2019-cu ilin iyun ayında Ərdəbil əyalətinin Parsabad şəhərinin qubernatoru Ədalət Hacıpur 2000 kürd mühacirin bu şəhərdə məskunlaşdığını bildirmişdi: “2000-ə yaxın kürd dilli fəhlə işləmək üçün Parsabad şəhərində məskunlaşıb. Çoxlu mədəni fərqlilikləri nəzərə alsaq, bu köçlərin gələcəkdə mədəni problemlərə, zorakılığa səbəb olması mümkündür”.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …