Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi Güney Azərbaycanda məhərrəmlik mərasiminə məcburi hicabsız qatılan qızları polis bölməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tarixi Güney Azərbaycan ərazisi olan Kərəcdə məhərrəmlik mərasiminə məcburi hicabsız qatılan qızları polis bölməsinə çağırıb

Vilayət kimi adı Əlborz qoyulan əyalətinin polis rəisi bu barədə açıqlama verib.

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan videoya görə, aşura günü Kərəc şəhərində Məhərrəmlik ayı münasibəti ilə təşkil edilən əzadarlıq mərasiminə gənc qızlar məcburi hicab qaydalarına riayət etmədən qatılıblar.

Azad geyimli qızlar zəncirvurmaqla əza mərasimi keçiriblər. Bir qrup cəsur qızın bu hərəkəti sosial media istifadəçilərinin marağına səbəb olub.

Video:

https://t.me/GADTB1/36223

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …