Çərşənbə , İyun 10 2026
azfa

Molla rejimi Güney Azərbaycandakı şirkətləri Ermənistanla əlqə qurmağa məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycandakı şirkətləri Ermənistanla əlqə qurmağa məcbur edir.

Molla rejimin Şərqi Azərbaycan əyalətinə vali təyin etdiyi Bəhram Sərməst İranda yaşayan ermənilərin deputatı ilə görüşüb.

Vali İran parlamentində ermənilərin nümayəndəsi Ara Şahverdiyanla görüşündə Araz Azad İqtisadi Zonasının İran və Ermənistan arasında birləşdirici nöqtə kimi ikitərəfli münasibətlərin möhkəmlənməsində əsas rol oynadığını bildirib.

Bölgədə, xüsusən də iqtisadi sahədə yüksək investisiya imkanlarının erməni investorların fəal iştirakına zəmin yaratdığını qeyd edən vali deyib: “Müqəddəs Stefan kilsəsinin Araz Azad İqtisadi Zonasında dünya səviyyəsində qeydiyyata alınması dini və mədəni turizmin inkişafı üçün yüksək potensial daşıyır.

Araz çayı İranla Ermənistan arasında münasibətlərin möhkəmlənməsində əsas rol oynayır”.

Molla rejimi ümumiyyətlə hər vasitə ilə Ermənistana yardım etmək üçün zorla bölgədəki şirkətləri Ermənistana əlaqələrə sövq etməyə çalışır.

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …