Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi Güney Azərbaycanın Qəzvin bölgəsində onlarla qadına cinayət işi açıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi qadınlara qarşı təzyiqləri artırıb.

Artıq Qəzvin əyalətində rejimin Ümumi və İnqilab Prokurorluğu “Hicab və İffət Qanunu”nun icrasına başlayandan indiyədək 173 qadına qarşı məhkəmə işi qaldırıb.

Prokurorluq məcburi hicab qaydalarına riayət etməyən qadınların müəyyən edilməsində ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) əməkdaşlarının xüsusi rol oynadıqlarını bildirib.

İran Cinayət Məcəlləsinə əsasən, ictimai məkanlarda hicabsız gəzən qadınlara 2 ay 10 gün həbs cəzası verilir.

Qeyd edək ki, iyunun 16-dan etibarən İranın bütün şəhərlərində “Əxlaq” polisinin patrul xidmətləri yenidən öz fəaliyyətinə başlayıb. Bu da əhalini daha da qəzəbləndirib və arasıra etirazların baş verdiyi bildirilir.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …