GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Zəncan şəhərində 20-dən çox tələbəni təhsildən məhrum edib.
Bununla yanaşı, onlarla tələbənin universitetin İntizam Komitəsinə çağırılaraq xəbərdarlıq edildiyi bildirilib.
Tələbələrin bundan əvvəl keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə təzyiqlərə məruz qaldıqları bildirilir.
İntizam komitələrinə çağırılan tələbələrdən bundan sonrakı aksiyalara qatılmayacaqları ilə bağlı yazılı iltizam alınıb.