Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı etirazçını edama məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etirazlarda həbs etdiyi azərbaycanlı gənci edama məhkum edib.

2022-ci ilin sentyabrından İranda başlayan xalq etirazları zamanı həbsə atılan, SEPAH-ın təcridxanasında, eləcə də Kərəcin Qızılhisar zindanında saxlanılan azərbaycanlı gənc Milad Armuna və onunla birlikdə həbs edilən daha 5 gəncə Tehranın 1-ci Cinayət Məhkəməsi tərəfindən ölüm hökmü verilib.

Azərbaycanlı etirazçının vəkili Babək Pakniya “X” hesabında paylaşım edərək bildirib ki, onunla birlikdə yarıhərbi və radikal “Bəsic” qüvvələrinin üzvünü öldürməkdə günahlandırılan daha üç gənc barəsində edam qərarı çıxarılıb.

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …