Cümə axşamı , Fevral 12 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəallara məcburi etiraflar almaq üçün təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi həbs etdiyi azərbaycanlı fəallara məcburi etiraflar almaq üçün təzyiq göstərir.

Rejim artıq həbs etdiyi fəallara etiraf almaq üçün ağır işgəncələr verir. ETTELAAT qüvvələri məhbusların həyat yoldaşlarına, atalarına, analarına, uşaqlarına təzyiq göstərməklə onların iradəsini qırmağa, saxta etiraflar almağa çalışırlar.

Ölkə iqtisadiyyatının kritik vəziyyətində rejimin ETTELAAT qüvvələrinin müxtəlif üsullarla məhbuslara qarşı tətbiq etdiyi başqa bir məsələ də iqtisadi təzyiqdir. Etibarlı mənbələrin verdiyi xəbərlərə görə, onlar məhbusların bəzilərinin işəgötürənlərini, ev sahiblərini işdən çıxarmaq və ya icarə müqavilələrini ləğv etmək üçün hədələyiblər.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …